İstifadəçi Razılaşması

Bakı şəhəri “___”_______2019

Bu Razılaşma birlikdə “Tərəflər”, ayrılıqda bir tərəfdən “Administrasiya” adlandırılacaq “İnloya” internet resursunun və mobil əlavənin (platforma) sahibi “Frazex” MMC, digər tərəfdən “İstifadəçi” adlandırılacaq platformanın və xidmətlərin istifadəçiləri arasında aşağıdakı razılaşdırılmış şərtləri müəyyən edir.

1.1. Bu Razılaşmada bunlarla məhdudlaşmayan aşağıdakı anlayışlardan istifadə olunur: Platforma – inloya.com veb ünvanında yerləşdirilmiş internet resursu, müxtəlif əməliyyat sistemləri əsasında internet resursuna əlavələr və başqa xidmətlər, mobil əlavə, proqram təminatı, habelə Administrasiya və İstifadəçi tərəfindən yerləşdirilmiş məlumat bazasından ibarət olan informasiya sistemidir. Administrasiya – Platforma üzərində mülkiyyət hüquqlarına və onu idarəetmə səlahiyyətlərinə malik olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən, “Frazex” Məhdud Məsuliyyətli Cəmiyyətidir. İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və platformanın xidmətlərindən istifadə edən 18 yaşına çatmış və ya emansipasiya olunmuş istənilən fəaliyyət qabiliyyətli fiziki şəxs və ya qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi şəxsdir. Satıcı – Platformanın xidmətlərindən istifadə etməklə öz mal və xidmətlərinin satışının stimullaşdırılması və dövriyyəsinin artırılması məqsədi ilə onlar barədə, habelə loyallıq proqramı və aksiyalar barədə məlumatların İstifadəçilərə ötürülməsini Platformanın imkanlarından istifadə etməklə həyata keçirən istənilən fiziki və hüquqi şəxslərdir; İstifadəçinin şəxsi məlumatları – İstifadəçinin qeydiyyat vaxtı və ya platformanın xidmətlərindən istifadə edərkən sərbəst şəkildə özü haqqında təqdim etdiyi şəxsi məlumatlar daxil olmaqla istənilən informasiya, Platformadan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumat, o cümlədən IP-ünvan, cookie-dən məlumat, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa məlumatlardır. İnloyaplatform app. – İstifadəçinin mobil cihazlarına yüklənən və ona seçilmiş satıcının malları və xidmətləri, həyata keçirdiyi loyallıq proqarmı və aksiyalarını və aktivliyini izləmək imkanı verən proqram təminatıdır; Loyallıq proqramı – Müştərilərdə İstifadəçinin mal və xidmətlərinə loyallığı artıran platformanın funksionallığıdır: loyallıq proqramına endirim, endirim-yığım, bonus, cashback, koalisiya,abunə- üzvlük proqramları aid edilə bilər. Aksiya – İstifadəçi tərəfindən tədiyyə dövriyyəsinin artırılması məqsədi ilə həyata keçirilən tədbirdir. Kupon – Platformanın aksiya bölməsinin fiks xidmətlərə görə müşətərilərin mükafatlandırılması prinsipi ilə işləyən funksionalıdır; Vauçer –Platformanın aksiya bölməsinin təkrarlanan əməliyyatlara görəmüştərilərin mükafatlandırılması prinsipi ilə işləyən funksionalıdır; Endirim – Platformanın aksiya bölməsinin konkret alış-verişə görə mükafatlandırılması prinsipi ilə işləyən funksionalıdır. Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.
2. Razılaşmanın predmeti
2.1. İstifadəçi platformada qeydiyyatdan keçməklə və ya inloya app. proqram təminatını mobil cihazına yükləməklə platformanın xidmətlərindən pulsuz istifadə edir. Administrasiya istənilən vaxt platformanın funksionallığında İstifadəçini məlumatlandırmadan dəyişiklik edə bilər.
2.2. Administrasiya İstifadəçi ilə satıcılar arasında ticarət münasibətlərinin iştirakçısı olmamaqla, satıcının malları və xidmətləri, həyata keçirdiyi loyallıq proqramı və aksiyalar badərə məlumatların İstifadəçi tərəfindən əldə olunması üzrə platforma üzərindən xidmətləri həyata keçirir.
2.3. Bu Razılaşma ictimai ofertadır və İstifadəçı anlayır və razılaşır ki, onun aksept edilməsi ilə Razılaşma bağlanmış hesab olunur və həmin andan hüquqi qüvvəyə minir.
2.4. Platforma İstifadəçi üçün qeyri-kommersiya xarakteri daşıyır və İstifadəçi Administrasiyanın razılığı olmadan Platformadan öz kommersiya məqsədləri üçün istifadə edə bilməz.
3. Platformada qeydiyyat
3.1. Platformada qeydiyyatdan keçdikdən və ya inloya app. mobil cihazına yüklədikdən sonra İstifadəçi platformanın xidmətlərindən istifadə hüququ əldə edir. İstifadəçi platforma üzərindən seçdiyi satıcının adının əks olunduğu inloya.com internet resursunun alt domeni vasitəsi ilə (xxxx.inloya.com) qeydiyyatdan keçməlidir.
3.2. Qeydiyyatdan keçərkən İstifadəçinin şəxsi məlumatları göstərilir. İstifadəçi şəxsi məlumatlarını dəyişə bilər.
3.3. İstifadəçi öz şəxsi məlumatlarının məxfiliyini qorumalı və onları 3-cü şəxslərə yaymamalıdır. Qanunvericiliyə uyğun olaraq, İstifadəçinin maraqlarını təmsil etmək və onun adından çıxış etmək hüququ əldə etmiş şəxslər istisna olmaqla, İstifadəçi platformaya giriş üçün öz şəxsi məlumatlarını birbaşa və ya dolayı yolla 3-cü şəxslərə vermək hüququna malik deyildir.
3.4. İstifadəçinin şəxsi məlumatlardan istifadə edilməklə həyata keçirilən istənilən hərəkətlər İstifadəçinin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilmiş hesab olunur və həmin hərəkətlər nəticəsində bu Razılaşmanının və qanunvericiliyin tələblərinin pozulmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.
3.5. İstifadəçinin şəxsi məlumatlarının yayılması və ya 3-cü şəxslər tərəfindən əldə olunması şübhələri olduqda özü tərəfindən və ya Administrasiyanın tələbi ilə İstifadəçi dərhal şəxsi məlumatlarını dəyişməlidir.
3.6. Administrasiya təminat vermir ki, İstifadəçilər qeydiyyat məlumatlarında göstərilən fiziki və ya hüquqi şəxslərdir və onlar əsl kimliklərini göstərmişlər. Administrasiya İstifadəçilərin qeyd etdikləri məlumatların doğruluğuna görə məsuliyyət daşımır. Bu cür məlumatların doğruluğuna, başqa şəxslərin hüquqlarının pozulmasına, Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə İstifadəçilər şəxsən məsuliyyət daşıyırlar.
3.7. Administrasiya İstifadəçi tərəfindən qeydiyyat zamanı verilən məlumatların yoxlanması üçün xüsusi vasitələrdən istifadə etmək və İstifadəçinin şəxsi kabinetinə girişini bloklaşdırmaq hüququnu özündə saxlayır.
3.8. Administrasiya qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi şəxsi məlumatların 3-cü şəxslərə verilməməsinə zəmanət verir.
3.9. İstifadəçi tərəfindən platforma üzərindən seçilmiş satıcıya məlumatların ötürülməsi və ya onlar arasında yayılması (İstifadəçinin adı, soyadı, atasının adı, hüquqi şəxsin adı, ünvanı, elektron poçt ünvanı, sosial şəbəkə barədə məlumat, əlaqə məlumatları və s.) məlumatların 3-cü şəxslərə qanunsuz ötürülməsi hesab olunmur. Satıcılar tərəfindən İstifadəçinin təqdim etdiyi məlumatların yayılması, sui-istifadə edilməsi, həmin məlumatlardan istifadə edilməklə İstifadəçinin hüquqlarının pozulmasına görə Administrasiya məsuliyyət daşımır.
4. Platformadan və xidmətlərdən istifadə
4.1. İstifadəçi platformada qeydiyyatdan keçmiş satıcıların siyahısından onu maraqlandıran satıcı və ya satıcıları seçə bilər. Platformada satıcı seçərkən İstifadəçi seçilmiş satıcının müştəri bazasına daxil edilir.
4.2. Platformada tələb olunan İstifadəçinin məlumatları (adı, elektron poçt ünvanı, telefon nömrələri, ünvanı və s.) seçilmiş satıcıya avtomatik olaraq təqdim edilir.
4.3. İstifadəçi seçilmiş satıcının malları və xidmətləri, loyallıq proqramı və tətbiq etdiyi aksiyalar barədə məlumatlarla, habelə onların aktivliyi ilə platformada tanış ola bilər.
4.4. Satıcının malları və xidmətləri, loyallıq proqramı, tətbiq etdiyi aksiyalar barədə məlumatlar göndərici adı ilə İstifadəçiyə aşağıdakı kommunikasiya kanalları vasitəsi ilə çatdırılır:
4.4.1. Mail göndərmə;
4.4.2. Push-Bildirişlər;
4.4.3. Sosial şəbəkə vasitəsi ilə göndərmə;
4.4.4. SMS göndərmə -göndəricinin qısaldılmış adı ilə.
4.5. Administrasiya profilaktik tədbirlərin görülməsi istisna olmaqla, İstifadəçinin platformadan gündəlik və bütün sutka ərzində istifadə edə bilməsi üçün lazımi şərait və imkanları yaradır.
4.6. İstifadəçi platformanın xidmətlərindən istifadə edərkən eyni və ya oxşar xidmətlər göstərən internet resursları və ya platformaları reklam etməməyi, paylaşdığı məlumatlarda, şərhlərində, qeydlərində və açıqlamalarında onlara istinad etməməlidir.
4.7. İstifadəçi platformanın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkət etməməli, Administrasiyanın ilkin yazılı icazəsi olmadan Platformada olan informasiyanı köçürməməli, təkrar etməməli, dəyişdirməməli, yaymamalı və ictimaiyyətə təqdim etməməli, platformaya girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə platformanın işinə mane olmamalı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olan hərəkətlər etməməlidir.
4.8. İstifadəçi platforma üzərindən Satıcılara təqdim etdiyi məlumatlarda, şərhlərində, qeydlərində və açıqlamalarında aşağıdakıların olmamasını öhdəlik götürür:
- yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
- dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
- oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasını aparma;
- üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatının toxunulmazlıq hüququna qəsd etmə;
- özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatları saxlama;
- böhtan və ya təhdid xarakterli məlumatlar və bəyanatlar;
- cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
- terror və ekstremist fəaliyyətə çağırmaq və ya dəstəkləmək;
- əxlaqsız və ya pornoqrafik xarakterli məlumatları və ya materialları yaymamaq;
- özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;
- istehlakçıların hüquqlarını pozan, bazarı və rəqabəti məhdudlaşdıran məlumatlar;
- üçüncü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmaq.
4.9. İstifadəçi təqdim etdiyi məlumatlarda, şərhlərində, qeydlərində, açıqlamalarında 3-cü şəxslərin hüquqlarının pozulmasına səbəb olan ifadələrə görə, habelə istənilən hərəkətləri ilə Qanunvericiliyin və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə şəxsən məsuliyyət daşıyır. Administrasiya qeyd olunan halları aşkar etdikdə və ya 3-cü şəxslərin bu barədə əsaslandırılmış müraciətini aldıqda İstifadəçinin qeydiyyatını bloklaşdıra və ya tamamı ilə ləğv edə bilər.
5. Məsuliyyətin məhdudlaşdırılması
5.1. İstifadəçi razılaşır ki, o platformanın xidmətlərindən riskləri və məsuliyyəti öz üzərinə götürməklə istifadə edir.
5.2. Administrasiya İstifadəçi ilə Satıcılar və 3-cü şəxslər arasında münasibətlər və mübahisələrin tərəfi deyildir və İstifadəçi platformanın xidmətlərindən istifadə nəticəsində ona qarşı qaldırılan iddialar və ya onun tərəfindən irəli sürülən iddialardan irəli gələn mübahisələri Administrasiyanı cəlb etmədən həll edəcəkdir.
5.3. İstifadəçi Administrasiyanı platformanın xidmətlərinin keyfiyyəti və qüsurları ilə bağlı əldən çıxmış fayda, dəymiş mənəvi və maddi ziyanla üzrə məsuliyyətdən azad edir.
5.4. İstifadəçi anlayır və razılaşır ki, onun Satıcılara təqdim etdiyi məlumatlar, əlaqə məlumatları açıqdır və 3-cü şəxslər tərəfindən əldə oluna və yayıla bilər və məlumatların bu cür yerləşdirilməsi ilə bağlı bütün riskləri qəbul edir, o cümlədən, daxil olmaqla, lakin məhdudlaşdırılmadan: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və məlumatların belə yerləşdirməsindən irəli gələn başqa risklər.
5.5. İstifadəçi bəyan edir ki, Administrasiyanın Satıcılarla onun arasında məlumat mübadiləsi və malların və xidmətlərin alışı-satışı münasibətlərinin tərəfi olmamasını anlayır, o, Satıcıların və 3-cü şəxslərin hüquqlarının pozulmasına görə şəxsən məsuliyyət daşıyır və onların iddialarından irəli gələn mübahisələrə Administrasiyanı cəlb etməyəcəkdir.
5.6. İstifadəçi anlayır və razılaşır ki, Administrasiya Satıcıların platforma vasitəsi ilə məlumat verdiyi mallar və xidmətlərin satışı ilə bağlı bütün lazımı hüquqlar, icazələr və lisenziyalara malik olması, həmin mallar və xidmətlərin qanunvericiliklə dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan malların və xidmətlərin kateqoriyasına aid edilib-edilməməsi, tətbiq etdiyi loyallıq proqramının və aksiyaların etibarlığı, həqiqətə uyğun olması, 3-cü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmamasını müəyyən etmək iqtidarında deyildir, bununla bağlı İstifadəçinin hüquqlarının pozulmasına görə məsuliyyət daşımır və İstifadəçi satıcılarla onun arasında yaranan mübahisələrə Administrasiyanı cəlb etməyəcəkdir.
5.7. Platforma üzərindən İstifadəçinin Satıcılara və 3-cü şəxslərə verdiyi məlumatlar, şərhlər, qeydlər və açıqlamaların məzmunu ilə bağlı, habelə qanunvericiliyin tələblərinin, 3-cü şəxslərin hüquqlarının hüquqlarının pozulmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.
6. Fors-major
6.1. Hazırki Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyin yerinə yetirməməsini fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.). Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.
6.2. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.
7. Digər şərtlər
7.1. Bu Razılaşma-oferta İstifadəçi tərəfindən aksept olunduğu andan qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.
7.2. Administrasiya istənilən vaxt birtərəfli qaydada bu Razılaşmaya dəyişikliklər edə bilər. İstifadəçinin platformadan istifadəni davam etdirməsi dəyişiklərlə razı olması və onu qəbul etməsi hesab olunur. 7.3. Tərəflərin hər hansı biri digər tərəfə bildiriş göndərməklə bu Razılaşmanı birtərəfli qaydada ləğv edə bilər. Tərəflərin təqdim etdiyi və ya İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanlarına bildiriş göndərilməsi onun təqdim edilməsi sayılır.
7.4. İstifadəçi platformadan 3 (üç) ay fasiləsiz istifadə etmədikdə, Administrasiya İstifadəçiyə bildirmədən onun qeydiyyatını bloklaşdıra və ya ləğv edə bilər.
7.5. Bu Razılaşmadan irəli gələn mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə, danışıqlar nəticə vermədikdə Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
7.6. Tərəflər bu Razılaşmanın, Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.
7.7. Tərəflər bu Razılaşmadan irəli gələn məsələlərin həlli və münasibətlərin həyata keçirilməsi ilə əlaqədar məlumatları əgər Razılaşmanın şərtlərindən və qanunvericiliyin tələblərindən ayrı qayda irəli gəlmirsə məxfi saxlamağı öhdəlik götürürlər.
8. Administrasiyanın rekvizitləri: “Frazex” MMC
Bankın adı:AccessBank Azadlıq Filialı
VÖEN:1400057421
Müxbir Hesab:AZ10NABZ01350100000000056944
BANKIN KODU:504788
S.W.I.F.T. ACABAZ22
Hesab nömrəsi :AZ22ACAB00210100000000626874
VÖEN :1403064411